Bundan sonra ərzaq məhsullarına ƏDV tətbiq olunmayacaq - Müddətli

14:47 - 1.04.2020


1 aprel, Fineko/abc.az.  İqtisadiyyat nazirliyi koronavirus pandemiyasının təsirinin azaldılması və biznesə dəstək tədbirlərini açıqlayıb.

ABC.AZ sözügedən tədbirləri təqdim edir:

• Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi).

• Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi.

• Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması.

• Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.

Müəllif: Elmir Murad

 

Вся лента