Neft Fondu AÇG yatağından əldə etdiyi qazancı açıqlayıb - 1 milyard dollardan çoxdur

17:19 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Dövlət Neft Fondunun 2020-ci ilin ilk 3 ayı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə etdiyi qazancı açıqlanıb.

ABC.AZ Fondun yaydığı məlumata istinadən xəbər verir ki, sözügedən dövrdə ARDNF AÇG-dən 1 milyard 671 milyon ABŞ dolları gəlir əldə edib. Məlumatda qeyd olunub ki, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə (01.01.2020 - 01.04.2020 tarixinə) 100 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2007-ci ildən etibarən, Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 01.04.2020 tarixinə 2 milyard 834 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента