Bu kartların vaxtı uzadıldı - Beynəlxalq şirkətdən Azərbaycandakı kart sahiblərinə dəstək

15:45 - 2.04.2020


 2 aprel, Fineko/abc.az. İstifadə müddəti bitmiş kartların xidmət müddətinin uzadılmasını asanlaşdıran Mastercard, bununla Azərbaycandakı banklara və kart sahiblərinə öz dəstəyini nümayiş etdirir.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank (AMB) əhalinin sağlamlığını qorumaq üçün son istifadə müddəti 2020-ci ilin mart-may aylarında olan kartların istifadəsinə bu ilin iyul ayının sonunadək icazə verib. AMB-in göstərişləri əsasında Mastercard vaxtı keçmiş kartlardan istifadəni təmin etmək üçün zəruri prosesləri asanlaşdırdı və bu, müştərilərin müxtəlif səbəblərə görə yenidən hazırlanmış kartı götürmək üçün banka gedə bilmədikləri bir vaxtda çox səmərəli bir həll yolu ola bilər.

Mastercard-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ərdəm Çakar deyib ki, təmsil etdiyi qurum bu addımı atsa da, yekunda müştərilərə belə bir imkan tanımaq qərarı bankların öz istəyinə bağlıdır:  "İnsanların əksəriyyəti mövcud vəziyyətə görə öz təmaslarını və hərəkətlərini məhdudlaşdırmağı düşünür. Kartlarının istifadə müddəti başa çatan və ya sona yaxınlaşan bəzi Mastercard kart sahibləri artıq tanış olduqları və indiki vəziyyətdə tələb olunan nağdsız və təmasız ödənişlərdən istifadə etmək üçün banka getmək və yeni bir kart almaq məcburiyyətində qalmaqdan narahatdırlar. Biz öz tərəfimizdən prosesin bütün texniki asanlığını təmin edirik".

 

Вся лента