Ünvanlı sosial yardım alan hər ailəyə 222 manat verilir - Bu pulu alanların sayı da artıb

16:50 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Son 10 gündə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınmaqla, bu yardımı alan ailələrin sayı 9 100 ailə artıb.

ABC.AZ  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki,  görülən işlər nəticəsində proqramın əhatə etdiyi ailələrin sayında artım özünü göstərib və hazırda 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alır. Hər ailəyə düşən yardımın məbləği isə 222 manata çatıb.

Qeyd edək ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Müəllif: Elmir Murad

 

Вся лента