Ləki-Qəbələ dəmir yolunun istifadəyə veriləcəyi vaxt Açıqlandı

15:11 - 13.04.2020


13 aprel, Fineko/abc.az. 2020-ci ildə Azərbaycan “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 43,3 km uzunluğunda Ləki-Qəbələ dəmir yolunu istismara verməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bununla yanaşı qurum 57 km uzunluğunda Xudat-Şahdağ dəmir yolunun tikintisinə hazırlıq işlərini də aparır. Sözügedən dəmir yolunun tikintisinin nə vaxt başlayacağı bilinməsə də bu xəttin Azərbaycan turizminə böyük töfhə verəcəyi proqnozlaşdırılır.

Belə ki, Xudat-Şahdağ dəmir yolu istifadəyə verildikdən sonra şimal zonasındakı turizm obyektlərinə gələnlərin sayının da artacağı güman edilir.

Müəllif: Elmir Murad

 

Вся лента