Yük və sərnişin daşımalarından 300 milyon manat gəlir əldə olunub - Ötən il

15:47 - 13.04.2020


13 aprel, Fineko/abc.az. 2019-cu ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 299,8 milyon manat gəlir əldə edib.

ABC.AZ müqayisə üçün bildirir ki, bu 2018-ci ilin göstəricisindən 10,7% çoxdur. Bununla yanaşı ötən il Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına 1 milyard 1 milyon 300 min manat kapital qoyuluşu, o cümlədən 653 milyon 900 min manat dövlət investisiyası həyata keçirilib.

Müəllif: Elmir Murad

 

Вся лента