AzerGold tender elan edir

14:55 - 23.04.2020


23 aprel, Fineko/abc.az. “AzerGold” QSC Ağyoxuş-Mərəh sahəsində planlaşdırılan inzibati ərazinin hazırlanması, müvafiq konteynerlərin, köşkün təmin edilməsi və mədən sahəsinin hasarlanması işlərinin satın alınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 08.05.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19.05.2020 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 20.05.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Aygül Tağıyeva

Telefon: (994 12)   505-02-02

 

Вся лента