“Nexia EA” tender qalibi oldu - “BakuBus” MMC-nin auditini həyata keçirəcək

12:45 - 29.04.2020


29 aprel, Fineko/abc.az. “BakuBus” MMC audit xidmətləri üçün elan etdiyi tenderin qalibi “Nexia EA” QSC olub.

ABC.AZ-ın məlumatına görə, artıq “BakuBus” qalib şirkətlə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Nexia EA” QSC şirkəti “BakuBus”un 2019-cu il üzrə Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi xidmətlərini yerinə yetirəcək.

Müəllif: Elmir Murad

 

Вся лента