AzerGold tender elan edir

12:15 - 8.05.2020


8 may, Fineko/abc.az.  “AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində 2020-ci il üçün nəzərdə tutulmuş cari təmir və abadlıq işlərinin satın alınması üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 400 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 03.06.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11.06.2020 15:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 12.06.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Aygül Tağıyeva

Telefon: (994 12)   505-02-02

Ünvan: Bakı, Mikayıl Müşfiq küç., 2H

 

Вся лента