330x110
 

Heydər Əliyev anadan olmasının 97-ci ildönümündə Bank Respublika həssas əhali qruplarına dəstək oldu!

10.05.2020,11:45


10 may, Fineko/abc.az.  Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, dövlət başçısı İlham Əliyevin çağırışına qoşularaq həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti layihənin icrasına başlayıb.

Bank, Ümummilli Lider Heydər Əliyev anadan olmasının 97-ci ildönümündə, respublikamızın müxtəlif regionlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq material, avadanlıq və digər əmlakın verilməsi istiqamətində fəaliyyətinə davam edib.

Bank bu dəfə, Quba, Lənkəran, Bərdə və Zaqatala rayonlarında həssas əhali qrupları ilə görüşərək, onlara müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqların təqdim edilməsi ilə bağlı müqavilələr imzalayıb.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Ключевые слова: Bank Respublika