Bağlanan 4 bankda bu qədər əmanət var - Açıqlama

14:08 - 12.05.2020


12 may, Fineko/abc.az. Mərkəzi Bankın lisenziyalarını ləğv etdiyi “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərdə əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir.

ABC.AZ Mərkəzi Bankın açıqlamasına istinadən xəbər verir ki, bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

"Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq" deyə Mərkəzi Bankın məlumatında qeyd olunub.

Müəllif: Elmir Murad

Вся лента