Banklardan narazılar üçün qaynar xətt yaradıldı - Şikayət etmək üçün.

10:18 - 13.05.2020


13 may, Fineko/abc.az. Mərkəzi Bank vətəndaşların banklardan şikayətlərini cavablandırmaq üçün yeni qaynar xəttini işə salıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, koronavirusa (COVİD-19) qarşı mübarizə məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib.

İndi isə banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyinin artırılması məqsədi ilə Mərkəzi Bankının “966” qaynar xətti istifadəyə verilib.

Müəllif: Elmir Murad

 

Вся лента