Bağlanmış 4 bankda məcmu kapital tam itirilmişdi - Elman Rüstəmov

11:23 - 13.05.2020


13 may, Fineko/abc.az. Mərkəzi Bank sədri Elman Rüstəmov lisenziyaları ləğv edilmiş "AtaBank", "AmrahBank", "AGBank" və "NBCBank"-la bağlı yeni açıqlamalar verib.

ABC.AZ xəbər verir ki, E.Rüstəmov mətbuat konfransında çıxış edərək qeyd edib ki, sözügedən bankların sektorda payı yaxşı deyildi.

"Bu 4 bank haqqında danışsaq onların problemli kreditlərinin payı 73 faizdir. Belə bir şəriatdə, yəni portfel işlək deyilsə deməli banklarda ciddi təhlükə vardı. 4 bankda məcmu kapital tam itirilmişdi. Bu banklarla yanvar ayından başlayaraq bizim diskusiya gedirdi".

Müəllif: Elmir Murad

 

Вся лента