Prezidentin vəzifə verdiyi Tural Piriyev kimdir? - Avtobioqrafiya

19:40 - 14.05.2020


14 may, Fineko/abc.az. Bildiyiniz kimi Əmanətlərin Sığortalanması Fonduna (ADİF) İcraçı direktor təyin edilib.

Prezident İlham Əliyev sərəncamı ilə sözügedən vəzifə Tural Qüdrət oğlu Piriyevə həvalə olunub.

ABC.AZ T. Piriyevin avtobioqrafiyasını sizə təqdim edir.

Yeni icraçı direktor 2016-ci ildən “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri, o cümlədən 2018-ci ildən bu günədək “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkəti İdarə Heyətinin müavini olub.

Bununla yanaşı T. Piriyev "Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” və “Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” kimi şirkətlərin idarə heyətində üzv olub.

Bank sektorunda da çalışan T.Piriyev 2012-2014-cü illərdə “Kapital Bank” ASC-də Audit Komitəsinin üzvü və Hüquq Departamentinin direktoru kimi də çalışıb.

Bundan əlavə o “PAŞA Həyat” Sığorta Şirkəti və bağlanmış “Ata Bank” ASC-də çalışıb.

Müəllif: Elmir Murad

Вся лента