Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!

12:00 - 16.05.2020


16 may, Fineko/abc.az.  Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom Apple brendinin pərəstişkarlarına yeni sərfəli kampaniya təklif edir. Kampaniya çərçivəsində Azercell Eksklüziv mağazalarından yenilənmiş dizayna, güclü prosessor və kameraya malik iPhone SE smartfonunu əldə etmiş abunəçilər 6 ay ərzində hədiyyə olaraq hər ay 50 GB internet də əldə edəcəklər. Azercell-in bu təklifi həm yeni, həm də mövcud fakturalı və fakturasız xətt abunəçiləri üçün keçərlidir. 

“Apple” şirkətinin Azərbaycandakı yeganə rəsmi telekom tərəfdaşı Azercell abunəçilərinə iPhone SE smartfonlarını əldə edərkən ən qabaqcıl texnologiyaların imkanlarından yararlanmaq fürsətini təqdim edir. Azercell Eksklüziv mağazalarına müraciət edərək yeni növ iPhone SE modellərini müxtəlif rəngi və yaddaş ölçülərinə görə seçin və internetdən istifadə üçün möhtəşəm bonus əldə edin. 


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
 

Вся лента