Azərbaycanda koronovirus tutanlar çoxaldı - 136 yeni yoluxma

18:22 - 17.05.2020


17 may, Fineko/abc.az.    Azərbaycanda 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərərgahdan ABC.AZ-a daxil olmuş məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib.

 Hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 test aparılıb.

Вся лента