330x110
 

Bulvarda Çevik Polis Alayı xidmət aparacaq - Bu gündən

18.05.2020,17:41


18 may, Fineko/abc.az.  Bukvardakı yararsız attraksionlar və iaşə obyektləri ərazidən çıxarılıb.

ABC.AZ xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev hazırda keçiriləm brifinqdə deyib. 

O qeyd edib ki, qaydalara görə, bulvar ərazisində 10 nəfərdən artıq qruplarda gəzmək olmaz: "İaşə obyektlərində masalararası məsafə 2 metrdən, masa ətrafında əyləşənlər arasında məsafə 1 metrdən az olmamalıdır. Bulvar İdarəsinin mühafizə bölməsi ilə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı bu gündən etibarən bulvar ərazisində xidmət aparacaq. Gəmilər, attraksionlar hələ ki, işləməyəcək”.

 

Müəllif: Elmir Murad