Əhalinin ən çox işlədiyi sahələr – Siyahı

17:12 - 22.05.2020


22 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin ilk 4 ayı üzrə muzdla işləyənlərin sayını açıqlayıb.

ABC.AZ xəbər verir ki, yanvar-aprel aylarında iqtisadi fəal əhalinin sayı 5197,2 min nəfər olub və onlardan 4899,4 min nəfərini məşğul əhali təşkil edib.

Muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 7,4 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

 

Вся лента