Beynəlxalq uçuşlar bu tarixdə bərpa oluna bilər - Açıqlama

17:31 - 22.05.2020


22 may, Fineko/abc.az. Karantin rejimi ilə bağlı bir sıra qərarlar qəbul edilib.

ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərərgahdakı brifinq zamanı deyib.

O qeyd edib ki, karantin rejiminin iyunun 1-dən sonra uzadılması müzakirə olunur: "Amma hansı tarixə uzadılacağı hələ bəlli deyil. Beynəlxalq uçuşların Azərbaycanda iyunun 15-də açılması mümkün ola bilər. Amma yaxın günlərdə sərhədlərin açılması gözlənilmir. İlk olaraq Naxçıvana uçuşların bərpa edilməsi nəzərdə tutulur”.

Müəllif: Elmir Murad

 

Вся лента