İyunda da toy eləmək olmaz - İcazə verilmədi

17:54 - 22.05.2020


22 may, Fineko/abc.az. Toyların keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

ABC.AZ-ın məlumatına görə, Operativ Qərərgahda keçirilən brifinq zamanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, iyun ayında toyların keçirilməsinə icazə verilməsi nəzərdə tutulmur.

"10 nəfərdən çox şəxsin bir yerə toplaşması qadağan edildiyindən bu məsələ məqsədəuyğun hesab edilmir" deyə R.Bayramlı bildirib.

Müəllif: Elmir Murad

 

Вся лента