Bakı küçələrini dünya şöhrətli şirkət işıqlandıracaq - Böyük layihə gəlir

16:08 - 23.05.2020


23 may, Fineko/abc.az.  Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək.

 ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 22-də "Signify" (köhnə adı "Philips Lighting") şirkətinin rəhbərliyi, baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, qənaət göstəricisi minimum 50 faiz təşkil edir: "Bu işə bağlantının yaradılması ilə başladıq. Bu, ona görə edilir ki, sonrakı mərhələdə quraşdırılan işıqlar arasında bağlantı mümkün olsun. Şəhərin işıqlandırılması ilə bağlı bu layihə şirkətin rəhbərliyi ilə Davosda müzakirə edilib, mart ayında şirkətin nümayəndələri Bakıya səfər ediblər və artıq işlərə başlanılıb". Şirkətin rəhbəri Erik Rondolat isə bildirib ki, yeni layihə nəticəsində Bakının böyük hissəsi qənaətcil texnologiya ilə işıqlandırılacaq.

Вся лента