ADIF “AGBank” və “NBC Bank”ın kreditorlarına müraciət edib

16:16 - 23.05.2020


23 may, Fineko/abc.az.  Əmanətlərin Sığortalanması Fondu (ADIF) “AGBank” və “NBC Bank”ın kreditorlarına müraciət edib.

ADIF-dən ABC.AZ-a bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarları ilə “AGBank” ASC və “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarlarla Əmanətlərin Sığortalanması Fondu “AGBank” ASC və “NBC Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “AGBank” ASC-nin kreditorlardan xahiş olunur ki, iyunun 2-dən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AGBank” ASC-nin baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010), “qaynar xətt” – 135.

Ləğv prosesində olan “NBC Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, iyunun 2-dən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər: Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Kreditor tələbləri qeydiyyatı iyulun 15-dək aparılacaq.

Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların iyunun 16-dan ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcək.

Вся лента