Azərbaycanda daha bir zavod fəaliyyətə başladı - Xaricə də ixrac olacaq

11:24 - 26.05.2020


26 may, Fineko/abc.az. Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, açılışda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib. Qeyd olunub ki,  hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. 

 V.Talıbov bildirib ki, xarici bazarda Badamlı suyuna təlabatın artması yeni zavodun tikilməsini zəruri edib. İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, “Badamlı” Mineral Sular Zavodunda istehsal ediləcək mineral su daxili bazarda tələbatı ödəməklə yanaşı, həm də Azərbaycanın digər regionlarına və xarici bazarlara çıxarılacaq. Qeyd edək ki, müəssisənin illik istehsal gücü 150 milyon şərti butulkadır. Artıq zavodda 72 nəfər işlə təmin edilib. 

 

Müəllif: Elmir Murad

Вся лента