Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirilib

11:18 - 28.05.2020


28 may, Fineko/abc.az.  Mayın 27-də "Azərbaycan Hava Yolları" QSC çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Bu barədə ABC.AZ-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.

 Qeyd edilir ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Вся лента