11:51 - 31.05.2020
31 may, Fineko/abc.az. “Bank Respublika” ASC-nin səhmdarlarında tərkibində və pay bölgüsündə dəyişikliklər olub.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə Bankın maliyyə hesabatından məlum olur.
Məlumata görə, “Bank Respublika”nın səhmlərinin 7,41%-nə nəzarət edən Sevda Natiq qızı Quliyevanın payı Namiq Saday oğlu Quliyevə (yeni səhmdar), 7,32%-nə nəzarət edən Saday Əsəd oğlu Quliyevin payı Elçin Saday oğlu Quliyevə (Müşahidə Şurasının üzvü), 7,17%-nə nəzarət edən mərhum Mariya Heydər qızı Quliyevanın payı isə Natiq Saday oğlu Quliyevə (Müşahidə Şurasının üzvü) keçib.
Bununla yanaşı, N.Quliyev Bankın minoritar səhmdarlarından da 0,02% pay alıb. Beləliklə, onun payı 43,96%-dən 51,15%-ə, E.Quliyevin payı isə 7,74%-dən 15,06%-ə çatıb. Əvəzində minoritar səhmdarlarının payı 0,1%-dən 0,08%-ə düşüb. Almaniyanın DEG investisiya və "Sparkassen International Development Trust" şirkətlərinin, eləcə də “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Xəyyam oğlu Rəhimovun payları isə dəyişməyərək müvafiq olaraq 16,6%, 4,25% və 5,45% qalıb.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb.
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
19 Апрель 2024