Dörd ayda yığımları azalan 6 sığorta şirkəti – Siyahı

10:17 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb.

ABC.AZ xəbər verir ki, 24,4% azalma ilə ən böyük yığımın aşağı düşməsi faktı "Atəşgah sığorta"-da müşahidə olunub.

Yığımlarının azalması "Ata sığorta"dan da yan keçməyib. Belə ki, sözügedən sığorta şirkətinin yığımları 16,3%, "Meqa sığorta"nın 14,6%, "Azsığorta"da 11,4%, "Xalq sığorta"da isə nə az, nə çox 7,6% azalma qeydə alınıb.

Məbləğlərə nəzər salsaq ən böyük azalma "Atəşgah sığorta" (2,9 milyon) və "Meqa sığorta"da (1,6 milyon) qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Вся лента