Bu pensiyaların verilmə vaxtı dəyişib - Nazirlikdən açıqlama

10:15 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, dəyişikliklə bağlı Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.

Müəllif: Elmir Murad

 

Вся лента