“Baku Steel Company”-nin bu qədər vergi borcu var – Böyük məbləğ

11:50 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Azərbaycanın ən iri polad istehsalçısı olan “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var.

ABC.AZ-ın report-a istinadən məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, adıçəkilən şirkətlə yanaşı onun törəməsi - “Baku Steel Construction” MMC-nin də 676 276,08 manat vergi borcu var.

Beləliklə, iki şirkətin ümumi borcu 1 277 786,26 manat təşkil edir.

 

Вся лента