Akkord şirkətinin dövlətə borcu yaranıb – 1 milyon manata yaxın

10:29 - 23.06.2020


23 iyun, Fineko/abc.az. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasındakı məlumata görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.

Bu borclar barədə son məlumat 22 iyun 2020-ci il tarixinə qədər olandır.

Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.

 

Вся лента