“Azər Türk Bank”ın filialı bağlandı – Səbəb

11:59 - 23.06.2020


23 iyun, Fineko/abc.az. “Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

ABC.AZ-ın modern-ə istinadən məlumatına görə, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb.

Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib. Faktı təsdiqləyən “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev qeyd edib ki, Bankın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVİD-19 virusuna yoluxub:

“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.

O qeyd edib ki, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.

 

Вся лента