Lisenziyası ləğv edilmiş 4 bankdakı əmanətlər – Məbləğ

14:57 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Bağlanan "AGBank", "NBCBank", "Amrahbank" və "Atabank"-dakı əmanətçilərin sayı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında qeyd edib ki, adıçəkilən 4 bankda ümumilikdə 74100 nəfər əmanətçi var və onlara 670,7 milyon manat ödəniləcək: "Fəaliyyəti dayandırılmış "Amrahbank"da 17 min nəfər əmanətçinin 144,9 milyon manatlıq, "Atabank"da 25,6 min nəfərin 254,4 milyon manatlıq,  "AGBank"da 22,8 min nəfərin 134,2 milyon manat və "NBC Bank"da isə 8,7 min nəfərin 137 ,2 milyon manat əmanəti var. İndiyədək 7548 nəfərə 83,9 milyon  manat ödəniş edilib".

Müəllif: Elmir Murad

 

Вся лента