Bağlanmış 4 bank əmanətçilərinə bu qədər kompensasiya ödənilib – Məbləğ

15:32 - 29 Июнь 2020


29 iyun, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçilərinə 1-28 iyun tarixlərində 100,4 milyon manat kompensasiya ödəyib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Fonddan bildiriblər.

Qeyd edək ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-nin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Müəllif: Elmir Murad