Bu ölkələrin vətəndaşları Yaponiyaya girə bilməz – Siyahı

14:09 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Koronavirus pandemiyasına görə, Yaponiya 18 ölkənin vətəndaşlarına ölkəyə daxil olmağı müvəqqəti qadağan edib. ABC.AZ-ın məlumatına görə, bu barədə Yaponiya mediası xəbər verib.

Məlumata görə, müvafiq qərarı Yaponiya hökuməti dünyada “COVID-19” hallarının artmasına görə qəbul edib. Yeni əlavə olunan siyahıya Kuba, Qvatemala, Əlcazair, Senegal, İraq, Yamayka, Liban və Gürcüstan düşüb.

Ümumilikdə hazırda Yaponiyaya 129 ölkə vətəndaşlarının girişinə məhdudiyyət qoyulub.

 

Вся лента