Pensiyaları istənilən bankomatdan faizsiz çıxarmaq olacaq – Yenilik

14:40 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından əlavə faiz tutulmadan əldə edə bilərlər.

ABC.AZ xəbər verir ki, banklarla yanaşı “Azərpoçt” MMC-nin də istənilən bankomat və ya pos-terminalından hər hansı əlavə faiz tutulmadan pensiya və digər köçürmələrə nağd şəkilində çıxara bilərlər.

 

Вся лента