Maska taxmayanlar marketlərə buraxılmayacaq – Nazirlikdən tələb

12:17 - 2.07.2020


2 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, nazirliyin digər rəhbər vəzifəli şəxsləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

Görüşdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib. Tədbirdə satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin zəruriliyi, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək.

 

Вся лента