Elektron imzaya tələbat artıb – Nazirlikdən mühüm açıqlama

17:22 - 2.07.2020


2 iyul, Fineko/abc.az. “COVİD-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətən sertifikatların sayında 20 faiz artım deməkdir. Elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3375 e-imza sertifikatı verilib. Ümumilikdə bu ilin ilk yarımilliyində 8429 sertifikat təqdim edilib. Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 milyondan (6.102.250) çox olub.

 

Вся лента