Üç sadə məsələ ilə bu problemi həll edə bilərik – Prezidentin köməkçisi

17:32 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Hər kəsdə yoluxma sayının azalmaması haqda sual yaranır.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərərgahda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, kağıza istəlinən qərarı yazmaq olar, amma buna əməl etməyəndə nəticə də gözlənilən kimi olmur: "Koronavirus tək bizim yox, bütün dünyanın problemidir. Dünya hələ də suallara cavab tapa bilmir. Amma biz hamımız bir olmalıyıq ki, bu problemi həll edək. Müharibədə biz ön cəbhədəyik, hamımız da bir tərəfdəyik. 

Üç sadə məsələ - maska taxmaq, sosial məsafə saxlamaq və əlləri tez-tez yumaqla bu problemi həll edə bilərik".

Müəllif: Elmir Murad

 

Вся лента