Pandemiya dövründə 1 milyona yaxın iş yeri qorunub - Nazirdən mühüm açıqlama

15:26 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Pandemiya dövründə dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edilib.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir həmçinin özəl sektorda iş yerlərinin qorunması işləri aparıldığını da bildirib. Onun sözlərinə görə, hətta özəl sektorda cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artıb.

Nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var: "Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə 7 faizlik artım baş verib. Əmək müqavilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun  leqallaşdırılması hesabına yaranır. Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun artmasına da səbəb olub".

Müəllif: Elmir Murad

 

Вся лента