Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti dayandırılır – Sabahdan

17:09 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Sabahdan əlavə göstərişə qədər Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən bəzi elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.

Bu barədə ABC.AZ-a “Azərbaycan Dəmir Yolları”QSC-dən bildirilib.

Qurumdan bildirilib ki, sözügedən tədbir xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq həyata keçiriləcək.

Müəllif: Elmir Murad

 

Вся лента