Nazirlikdə kadr təyinatı olub – Əmr imzalandı

15:09 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Suraxanı Rayon Məşğulluq Mərkəzinin direktoru olub.

S.Məmmədzadə məlumatı saytımıza təsdiq edib.

 

Вся лента