Tanınmış bank mütəxəssisinə yeni vəzifə verildi – Sənaye Bankda təyinat

15:45 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Azərbaycan Sənaye Bankında (ASB) yeni təyinat olub.

ABC.AZ xəbər verir ki, tanınmış bank mütəxəssisi Zaur Kələşov adıçəkilən bankda işə başlayıb.

Bu barədə Z.Kələşov özü məlumat verib. O adıçəkilən bankda marketinq departamentinin rəhbəri təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Z.Kələşov "Azər Türk Bank" və "Atabank"da çalışıb.

Müəllif: Elmir Murad

 


Вся лента