Azərbaycan bu ölkənin əsas qaz təchizatçısıdır – Hesabat

16:42 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Gürcüstanın 2019-cu ildə təbii qaza olan tələbatı 15 faiz artaraq 2,5 milyard kubmetr olub. Bu həcmin 99,8 faizi xaricdən idxal edilib.

ABC.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2019-cu il üzrə hesabatında deyilib.

Bildirilir ki, Gürcüstan keçən il istehlak etdiyi təbii qazın 93 faizini Azərbaycandan alıb.

Azərbaycan bununla da Gürcüstanın əsas təbii qaz təchizatçısı olub.

 

Вся лента