Salyanda taxıl sahələrindən 65 min tondan çox məhsul yığılıb – Proses davam edir

17:14 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Salyanın taxıl sahələrindən qısa müddətdə 16 min 802 hektar sahədə biçin aparıb və 65 min 150 ton məhsul tədarük edilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a bildiriblər ki, ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 16 min 802 hektar sahədə taxıl əkilib.

Bunun da 11 min 246 hektarını arpa, 5 min 556 hektarını isə buğda sahəsi təşkil edib.  Əkinçilər taxıl sahəsindən 65 min 150 ton məhsul toplayaraq biçini başa çatdırıblar. Yığılmış məhsulun 24 min 103 tonu buğda, 41 min 47 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan ümumilikdə 40 sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən 2 sentner çoxdur.

 

 

Вся лента