Bu tikintilərin icazəsi də elektron veriləcək – Sistem yaradılacaq

12:29 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti və istismara icazələrin verilməsi üçün tətbiq olunan "Bir pəncərə" sisteminin funksionallığı genişləndiriləcək.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə ekspertizası tələb olunan obyektlərin tikintisinə icazələrin verilməsi üçün də elektron müraciət sisteminin yaradılması istiqamətində işlər aparılır: "Yaxın gələcəkdə yaradılacaq sistem bütün növ tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini təmin edəcək. Bu isə sahibkarların işini daha da asanlaşdırılacaq və ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək".

 

Вся лента