Həftəsonları sürücülərə hərəkətdə olmamağı məsləhət görürük – Polisdən çağırış

16:19 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Bakının bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib və artırılması gözlənilir.

ABC.AZ-ın məlumatına görə, bu barədə AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında reportajda bildirilib.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, bu cür postlar şənbə və bazar günləri daha çox olacaq: Reportajda qeys olunub ki, sürücülər şəhərin istənilən küçələrində bu cür mobil postları görəcəklər: "Məqsədimiz icazə sistemində olan şəxsləri müəyyənləşdirməkdir. Həftəsonları qeyri-iş günləri olduğu üçün biz sürücülərin hərəkətdə olmamasını məsləhət görürük. Şəhər daxilində, o cümlədən şəhərdən kənara çıxma hallarının qarşısı polis tərəfindən alınacaq”.

 

Вся лента