Bəlli sabitləşməyə nail olmuşuq – TƏBİB-in şöbə müdiri

17:26 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Biz bu gün sabitləşmə ilə üz-üzəyik.

ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib. 

O qeyd edib ki, sağalanlarla yoluxanlar arasında kəskin fərq azalmağa doğru gedir. Onun sözlərinə görə, ehtiyatla da olsa deyə bilərəm ki, bəlli sabitləşməyə nail olmuşuq: "Buna vətəndaşların qaydalara əməl etməsi nəticəsində nail olmuşuq. İnsanlar ciddi şəkildə qaydalara riayət edirlər”.

Müəllif: Elmir Murad

 

Вся лента