Bu rayonda heyvandarlıq məhsulları artıb – Rəqəmlər

15:10 - 15.07.2020


15 iyul, Fineko/abc.az. Sabirabad rayonunun heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 595 baş mal-qara və 230 min 891 baş qoyun-keçi bəslənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Rayon Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 1358 baş çoxdur. İlin ötən altı ayı ərzində rayonda 9 min 282 ton ət (diri çəkidə), 59 min 547 ton süd, 46 milyon 344 min ədəd yumurta və 595 ton yun istehsal olunub. Bu da ötən ilin altı ayı ərzində istehsal olunan ətdən 162 ton, süddən 519 ton, yumurtadan 8 milyon 699 min ədəd, yundan isə 7.9 ton çoxdur.

 

Вся лента