Bu ərazilər əhalidən alınacaq – Yeni qərar

10:55 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Nazirlər Kabineti "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə" qərar qəbul edib.

ABC.AZ-ın məlumatına görə, qərara əsasən, sözügedən xəritəyə düşən qeyri-dövlət torpaqları hökumət tərəfindən əhalidən alınacaq.

Ərazilər Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulan dövlət vəsaiti ilə alınacaq.

Müəllif: Elmir Murad

 

Вся лента