Hindistanın Baş Naziri İqtisadi və Sosial Şuranın (ECOSOC) yüksək səviyyəli seqmentində əsas nitqi ilə çıxış etdi.

17:56 - 18.07.2020


18  iyul, Fineko/abc.az.  Baş nazir Şri Narendra Modi, 17 iyul, 2020-ci il tarixində cümə günü Nyu Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatında keçirilən bu ilin yüksək səviyyəli seqmenti olan Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının sessiyasında (ECOSOC)  əsas nitqi ilə virtual şəkildə çıxış etdi.

Bu, Hindistanın 17 iyun tarixində, 2021-2022-ci illər üzrə Təhlükəsizlik Şurasına dəfələrlə qeyri-daimi üzv kimi seçilməsindən bəri Baş nazirin daha geniş BMT üzvlüyünə ilk müraciəti idi.

Bu il İqtisadi və Sosial Şuranın (ECOSOC) yüksək səviyyəli seqmentinin əsas mövzusu belədir: "COVID19-dan sonra çoxtərəflilik: 75 illik yubileyində bizə necə bir BMT lazımdır."

BMT-nin təsis edilməsinin 75 illiyinə təsadüf edən bu mövzu Hindistanın BMT-nin Təhlükəsizlik Şurasına gələcək üzvlüyü prioriteti ilə də uyğunlaq yaradır. Baş nazir Hindistanın COVID-19 pandemiyasından sonrakı dünyada çağdaş dünyanın reallıqlarını əks etdirən inkişaf etdirilmiş çoxtərəfliliyə çağırışını təkrarladı.

Baş nazir çıxışında Hindistanın İqtisadi və Sosial Şura ilə uzunmüddətli əlaqələrini, eləcə də BMT-nin Davamlı İnkişaf Məqsədləri də daxil olmaqla bi çox inkişafa yönəlmiş tədbirlərinə dair qeyd etdi. O bildirdi ki, inkişaf şüarımız 'SabkaSaath, SabkaVikaas, Sabka Vishwas', Davamlı İnkişaf Məqsədlərinin əsas prinsipi olan heç kəsi geridə qoymamaqla uyğunluq yaradır.

Baş nazir Hindistanın böyük əhalisinin sosial-iqtisadi göstəricilərini yaxşılaşdırmaqda qazandığı uğurları Davamlı İnkişaf Məqsədlərinin qlobal hədəflərinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğuladı. Hindistanın həmçinin digər inkişaf etməkdə olan ölkələrə Davamlı İnkişaf Məqsədlərinin hədəflərinə çatmasında dəstək vermək öhdəliyinə dair danışdı.

O, "Swacch Bharat Abhiyan" adlı kampaniya vasitəsi ilə sanitariya imkanlarının yaxşılaşdırılması, qadınlara səlahiyyətlərin verilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının təmin edilməsi və "Hamı üçün mənzil" proqramı və "Ayushman Bharat" proqramı kimi digər önəmli layihələr vasitəsilə mənzil və səhiyyə xidmətlərinin genişləndirilməsi kimi Hindistanın bir sıra davam etməkdə olan inkişaf səyləri barədə danışdı.

Baş nazir Hindistanın ekoloji dayanıqlılığa və biomüxtəlifliyin qorunmasına önəm verdiyini vurğuladı və Hindistanın Beynəlxalq Günəş Alyansının və Fəlakətlərə Dözümlü İnfrastruktur Koalisiyasının qurulmasında aparıcı rolunu xatırlatdı.

Bölgədə ilkin olaraq Hindistanın tədbirlər görməsindən bəhs edən Baş nazir, dərmanların müxtəlif ölkələrə tədarükü və Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatına üzv ölkələri arasında birgə tədbirlərin görülməsi strategiyasının əlaqələndirilməsində Hindistan Hökuməti və Hindistan əzcaçılıq şirkətləri tərəfindən göstərilən dəstəyi xatırlatdı.

Bu, Baş nazirin İqtisadi və Sosial Şurada ikinci dəfə etdiyi müraciəti idi. Bundan əvvəl o, əsas çıxışını 2016-cı ilin yanvar ayında keçirilən İqtisadi və Sosial Şuranın 70 illik yubileyində söyləmişdir.


 

Вся лента