“Azərbaycan Sənaye Sığorta”-da dəyişiklik olacaq – Səhmdarlar toplanır

10:27 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Avqustun 24-də “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyindəki məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin direktorlar şurasının tərkibində dəyişiklik edilməsi məsələsinin müzakirəsidir.

Ümumi yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 “Gümüş Plaza” iş mərkəzindəki ofisində keçiriləcək.

Müəllif: Elmir Murad

 

Вся лента